Cəlilabadda canavarlar təsərrüfata hücum edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
17:30
0
0
1 201
ff aaaaaaa

Cəlilabadda canavarlar təsərrüfata hücum edib

28 may, 2026
17:30
1 201

Cəlilabadda canavarlar təsərrüfata hücum edib

Cəlilabad rayonu sakini Mahir Quliyevin təsərrüfatına hücum edən canavarlar 5 baş xırdabuynuzlu heyvanı parçalayıblar.

"Report"un Muğan bürosunun məlumatına görə, ümumilikdə son bir ayda rayonda 40-a yaxın xırdabuynuzlu heyvan canavarların hücumu nəticəsində tələf olub.

Zərər çəkmiş təsərrüfatlarda ümumi maddi ziyanın 50 min manata yaxın olduğu qeyd edilir.

Cəlilabad şəhər bələdiyyəsinin sədri Vahid Mirzəyev vəziyyətdən xəbərdar olduqlarını deyib. Onun sözlərinə görə, hazırda araşdırmalar aparılır və dəqiqləşdirmələr həyata keçirilir.

"Aidiyyəti qurumlarla birlikdə problemin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır", – deyə sədr bildirib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul