AmCham: Qeyri-müəyyənlik dövründə bizneslər üçün ən vacib amil dayanıqlılıqdır
Qlobal dəyişikliklər və artan geosiyasi risklər fonunda bizneslərin dayanıqlılığının gücləndirilməsi əsas prioritetlərdən birinə çevrilib.
"APA-Economics" xəbər verir ki, bunu “AmCham Azərbaycan”ın icraçı direktoru Dəyanət Quliyev Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.
Onun sözlərinə görə, müasir dövrdə biznes icmaları üçün yalnız yeni texnologiyaların tətbiqi kifayət etmir. Şirkətlər eyni zamanda biznes modellərini yeniləməli, fəaliyyətlərinin səmərəliliyini artırmalı, yeni çağırışlara uyğunlaşmalı və əlavə dəyər yaratmalıdır.
D. Quliyev bildirib ki, dünyada baş verən sürətli dəyişikliklər biznes mühitində qeyri-müəyyənliyi artırır və şirkətlərdən daha çevik yanaşma tələb edir.
O qeyd edib ki, belə şəraitdə texnologiya, kommunikasiya və dialoq platformalarının rolu xüsusi əhəmiyyət kəsb edir.
İcraçı direktorun sözlərinə görə, AmCham dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və konstruktiv dialoqun inkişafı üçün müxtəlif platformalar yaradır.
Oxşar xəbərlər
“Philip Morris”: Azərbaycan innovasiyalara əsaslanan iqtisadiyyat qurur
Dəyanət Sədullayev: "Qlobal dəyişikliklər fonunda korporativ dayanıqlılıq vacib əhəmiyyət kəsb edir"
Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasının yanaşmasına görə bəzən tənqid olunuruq
Anar Quliyev: WUF13-də Biznes və İnnovasiya Mərkəzinin yaradılması ən mühüm yeniliklərdən idi
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
“AzerGold”da Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
-
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
