Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
sizinxeber.az xəbər saytı

Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var


Azərbaycanda sosial şəbəkələrlə bağlı qanun layihəsində effektiv nəzarət üsulları var.

"Sizinxeber.az" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin idarə rəisi Aytən Məmmədova Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik layihəsinin ictimai müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, layihənin xüsusi tərəfi ondan ibarətdir ki, burada sadəcə məhdudiyyətlər və məsuliyyətlər yoxdur:

"Xüsusən də effektiv tənzimləmə və nəzarət üsulları var. Valideynlər bu alətlərlə uşaqların sosial şəbəkələrdə keçirdiyi vaxtı idarə edə biləcəklər. Valideynlər eyni zamanda övladlarının qarşısına çıxacaq məzmunları və reklamları da idarə edə biləcəklər. Bu yanaşma uşaqların psixoloji və fizioloji inkişafının erkən mərhələdə zədələnməsinin qarşısını alır və onların real sosial-mədəni mühitdə adaptasiyasını təmin edir".

Oxşar xəbərlər

Elmir Vəlizadə: Uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün böyük əhəmiyyət daşıyır
Vəfa Yaqublu: Qanun layihəsi məktəbəqədər və ümumi təhsil müəssisələrindəki uşaqları əhatə edir
Sosial şəbəkələrdə yaş yoxlanışı bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək
Bahar Muradova: Valideynlər rəqəmsal savadlılıq sahəsinə cəlb edilməlidir
Seymur Məmmədov: Uşaqlara qadağanın mahiyyəti düzgün izah edilməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər