Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib
sizinxeber.az xəbər saytı

Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib


Portuqaliya və Nigeriya milliləri arasındakı yoldaşlıq oyununun başlamasına bir neçə dəqiqə qalmış 77 yaşlı kişi ürəktutmasından vəfat edib.

"Sizinxeber.az" UOL-a istinadən xəbər verir ki, hadisə qarşılaşmanın keçirildiyi Leyriya şəhərindəki "Doktor Maqalyaynş Pesoa" stadionunda qeydə alınıb.

Həkimlər fanata dərhal tibbi yardım göstərərək onu Leyriyadakı "Santu-Andre" xəstəxanasına çatdırsalar da, orada onun ölüm faktı təsdiqlənib. Portuqaliya Futbol Federasiyası hadisə ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, Portuqaliya Nigeriya seçməsinə 2:1 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında vəfat edib
Millətlər Liqası: Almaniyanı məğlub edən Portuqaliya millisi finalda
Portuqaliya yığması UEFA Millətlər Liqasının qalibi olub
Joze Mourinyo Portuqaliya Futbol Federasiyası ilə razılığa gəlib
Portuqaliya - Azərbaycan oyununun hakimləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər