Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
4 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev arasında telefon danışığı baş tutub.
XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı, nazir Ceyhun Bayramov Qırğız Respublikasının yüksək səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb.
Tərəflər iki ölkə arasında regional və çoxtərəfli platformalarda, o cümlədən BMT TŞ çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.
İki ölkə arasında strateji tərəfdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilərək, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov qırğızıstanlı həmkarını ölkəsinin BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
Ceyhun Bayramov Latviya XİN başçısı ilə telefon danışığı aparıb
Ceyhun Bayramov Lavrovla telefon danışığı aparıb
Ceyhun Bayramov və BƏƏ-nin XİN başçısı arasında telefon danışığı baş tutub
Ceyhun Bayramov Nepalın xarici işlər naziri ilə telefon danışığı aparıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Bu gün geomaqnit qasırğası olacaq
-
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
-
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
