Avropa İttifaqının xarici siyasət mexanizminin yenidən qurulması gündəmə gəlib
sizinxeber.az xəbər saytı

Avropa İttifaqının xarici siyasət mexanizminin yenidən qurulması gündəmə gəlib


Fransa və Almaniya, Avropa İttifaqının (Aİ) geosiyasi böhranlara reaksiya vermək qabiliyyətini artırmaq üçün blokun 15 il əvvəl yaradılmış diplomatik xidmətinin islah edilməsi ilə bağlı təklifləri müzakirə edirlər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Financial Times" nəşrinə istinadən "The Times of Israel" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Paris, Berlin və digər Avropa ölkərinin paytaxtları Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın və onun rəhbərlik etdiyi illik büdcəsi təxminən 1 milyard avro olan Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) səlahiyyətlərinin azaldılmasını nəzərdə tuta biləcək dəyişiklik variantlarını nəzərdən keçirir.

Müzakirə olunan təkliflərə əsasən, diplomatik xidmətin səlahiyyət və funksiyalarının bir hissəsi Avropa Komissiyasına və Aİ-yə üzv dövlətlərə qaytarıla bilər.

Müzakirələrin gedişatı ilə tanış olan beş yüksək vəzifəli məmura istinadən "Financial Times" qeyd edib ki, islahatın məqsədi artan beynəlxalq çağırışlar və böhranlar şəraitində Aİ-nin xarici siyasət mexanizminin səmərəliliyini artırmaqdır. Hələ ki müzakirələr ilkin mərhələdədir və yekun qərarlar qəbul edilməyib.

Oxşar xəbərlər

Avropa Komissiyası Aİ-də qaz qiymətlərini müvəqqəti məhdudlaşdıra bilər
Avropa İttifaqı Ukraynaya 134 milyard avro ayırıb
ABŞ Avropa ölkələri ilə nüvə silahlarına dair danışıqlar aparır
Avropa Komissiyası Aİ ölkələrinin hərbi ehtiyaclarına təxminən 400 milyard avro xərcləyəcək
KİV “Avropa üçlüyü” İrana sanksiyaların bərpası üçün BMT-yə müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər