SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
sizinxeber.az xəbər saytı

SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində


“AzInTelecom” MMC Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində iştirak edib.

Türk dövlətlərinin qlobal maliyyə inteqrasiyası mövzusunda keçirilən sammitdə “AzInTelecom”un stendi qurulub. Stenddə şirkətə məxsus olan SİMA Rəqəmsal Həllər Platformasının maliyyə sektoru üçün faydalı məhsulları barədə iştirakçılara məlumat verilib.

Tədbirdə şirkətin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev “Biometriyanın fintekdə müasir rəqəmsal həllərə təsiri” mövsuzunda çıxış edib. O, öz çıxışında müasir fintek ekosistemində istifadəçi təcrübəsinin sürətləndirilməsi və maliyyə əməliyyatlarının təhlükəsizliyində biometrik texnologiyaların əsas funksiyasından bəhs edib. F.Fərəcullayev qeyd edib ki, üztanıma və digər biometrik identifikasiya həlləri maliyyə institutlarında fırıldaqçılıqla mübarizə və məsafədən xidmət göstərilməsi proseslərində kritik rol oynayır.

Müzakirələrdə kibertəhlükəsizlik, yaşıl maliyyə, investisiya imkanları və insan kapitalının inkişafı kimi aktual mövzulara da toxunulub. “AzInTelecom”un tədbirdə iştirak məqsədi regionda fintek ekosisteminin inkişafında öz innovativ həlləri ilə yaxından iştirak etmək olub.

“AzInTelecom” haqqında

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC 2015-ci ildən bulud həlləri, rəqəmsal identifikasiya və kiberbəhlükəsizlik sahəsində ixtisaslaşmış olaraq fəaliyyət göstərir. Şirkət “Hökumət buludu” və SİMA rəqəmsal həllər platforması kimi ölkəmiqyaslı layihələrin provayderidir.

Oxşar xəbərlər

“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
SİMA həlləri WUF13-də təqdim edilib - FOTO
“SİMA İmza” beynəlxalq mükafata layiq görülüb
Şöbə müdiri: SİMA ilə məsafədən bank hesabı açmaq mümkündür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər