Elnur Soltanov: Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olur
Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur.
"APA-Economics" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.
Onun sözlərinə görə, ölkədə neft hasilatının sabitləşməsi, qaz hasilatında isə 2023-2025-ci illərdə müşahidə olunan kəskin artım tempinin gələcəkdə davam etməməsi iqtisadi inkişaf üçün yeni yanaşmaları zəruri edir.
Elnur Soltanov bildirib ki, iqtisadi siyasətin əsas məqsədi sadəcə diversifikasiya deyil, dayanıqlı və davamlı iqtisadi artımın təmin edilməsi olmalıdır.
Nazir müavininin sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi vacib olsa da, bu, özlüyündə məqsəd deyil, iqtisadi dayanıqlılığı və artımı gücləndirən vasitədir.
O qeyd edib ki, SOCAR-ın son illərdə keçdiyi inkişaf yolu bu transformasiyanın ən yaxşı nümunələrindən biridir.
"Bu gün SOCAR artıq yalnız öz neftini və qazını emal edib satmır. Şirkət Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrində, o cümlədən İtaliyada dəyər zənciri boyunca fəaliyyət göstərir. SOCAR artıq neft və qaz deyil, bacarıq ixrac edir", - Elnur Soltanov vurğulayıb.
Onun sözlərinə görə, ölkənin iqtisadi inkişafının əsas göstəricilərindən biri insan kapitalında formalaşan bilik və bacarıqların beynəlxalq bazarlarda satıla bilməsidir.
Oxşar xəbərlər
Nazir müşaviri: Azərbaycan ABŞ-la süni intellekt sahəsində əməkdaşlığı genişləndirir
Elnur Soltanov: Yeni yaşıl enerji dəhlizləri yaradırıq
Elnur Soltanov: Azərbaycanda ilk sənaye miqyaslı batareya sisteminin qurulması üçün işlər aparılır
“Philip Morris”: Azərbaycan innovasiyalara əsaslanan iqtisadiyyat qurur
Elnur Soltanov: Azərbaycanda xalis sıfır karbon emissiyasına keçid üçün 200 mlrd. dollar lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
“AzerGold”da Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
-
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
