Valeh Ələsgərov: "Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
sizinxeber.az xəbər saytı

Valeh Ələsgərov: "Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"


Ələt Azad Zonası yerli bazar deyil, ixrac mərkəzi kimi inkişaf etdirilir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.

"Biz istənilən investorla potensial layihələrin müzakirəsinə açığıq, lakin biz Ələt Azad İqtisadi Zonasında daha çox yüksək əlavə dəyər yaradan və ixrac yönümlü istehsalla məşğul olan müəssisələrin fəaliyyətini üstün tuturuq. İxrac yönümlü istehsal o deməkdir ki, istehsal olunan malların ən azı 75 %-i ölkədən ixrac edilməlidir. Bunun əsas səbəblərindən biri, yerli bazara yönəlmiş kiçik və orta sahibkarlıq subyektlərinin həmin zonada formalaşmasının qarşısını almaq və Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələrlə ölkə iqtisadiyyatının əsas sektorundakı şirkətlər arasında qeyri-bərabər rəqabətin yaranmamasını təmin etməkdir. Çünki azad zonada fəaliyyət göstərən müəssisələr vergi və gömrük rüsumlarından azad olduqları üçün üstün rəqabət mövqeyinə malik olurlar və bu, yerli şirkətlər üçün ciddi çətinliklər yarada bilər", - deyə o qeyd edib.

Bundan başqa, V.Ələsgərov deyib ki, yüksək əlavə dəyərli istehsal ölkələrin inkişafını sürətləndirir: "Bəzən yüksək əlavə dəyər yaradan, ixrac yönümlü istehsalla bağlı mövqeyimiz tənqid edilir. Lakin İrlandiya kimi ölkələrin təcrübəsi bu yanaşmanın nə qədər doğru olduğunu göstərir. Onlar 1959-cu ildə Şennon Azad İqtisadi Zonasını yaratdılar və bəyan etdilər ki, yüksək əlavə dəyər yaradan, ixrac yönümlü istehsalla məşğul olan müəssisələri məmnuniyyətlə qəbul edirlər. Bu çərçivədə istehsal olunan məhsulların böyük hissəsi ixrac edilməli idi.

Bu günkü İrlandiya ilə 1960-cı illərin İrlandiyasını müqayisə etdikdə görürük ki, biznesin inkişafında məhz bu cür ixracyönümlü strategiya nəticəsində ölkə tamamilə fərqli bir səviyyəyə yüksəlib".

Oxşar xəbərlər

Sədr: "Ələt Azad İqtisadi Zonası beynəlxalq logistika qovşağı kimi formalaşır"
Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasının yanaşmasına görə bəzən tənqid olunuruq
Valeh Ələsgərov: “Ələt Azad İqtisadi Zonasında 138 hektar ərazi investorlara təqdim ediləcək”
Ələt Azad İqtisadi Zonasında qida emalı layihələrinə investisiya yatırılması ilə bağlı çağırış edilib
Valeh Ələsgərov: Ələtdə tikilən hava limanından ancaq yükdaşımalarda istifadə olunmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər