Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
17:30
0
0
1 388
ff aaaaaaa

Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq

10 in, 2026
17:30
1 388

Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq

İran müharibəyə can atmır, lakin suverenliyini qorumağa hazırdır.

"Sizinxeber.az" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bəyan edib.

Onun sözlərinə görə, İran hakimiyyəti ölkəni gələcək sarsıntılardan qorumağa kömək edəcək qərarlar qəbul edir.

Pezeşkian müharibə və böhranlar şəraitində ölkəni idarə etməyin çətin olduğunu bildirib. O, İranın qarşısında duran çağırışların öhdəsindən gəlmək üçün cəmiyyətin bütün təbəqələrinin birlik və əməkdaşlığının vacibliyini vurğulayıb.

Bununla yanaşı, prezident qeyd edib ki, İran müharibəyə can atmır, lakin suverenliyinə qarşı hər hansı qəsd olduğu təqdirdə müdafiə olunmağa hazırdır.

"Müharibə ölkənin maraqlarına cavab vermir, lakin kimsə bizim ləyaqətimizə, torpağımıza və ərazimizə qəsd etməyə cəhd göstərsə, təslim olmayacağıq", - o bəyan edib.

Pezeşkian əlavə edib ki, İran regionda hökm sürən "nə müharibə, nə sülh" vəziyyətini dəyişdirməyə çalışır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul