Türkiyə və Azərbaycan arasında məhkəmə sahəsində fikir mübadiləsi aparılıb
sizinxeber.az xəbər saytı

Türkiyə və Azərbaycan arasında məhkəmə sahəsində fikir mübadiləsi aparılıb


Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Bu barədə "Sizinxeber.az"a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, sədr İnam Kərimov Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə toxunaraq, iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, məhkəmə-hüquq sahəsində də əməkdaşlıq qarşılıqlı səfərlər və təcrübə mübadiləsi çərçivəsində daha da möhkəmlənir.

Görüş zamanı ölkəmizdə məhkəmə sisteminin müasir tələblərə uyğun qurulması, elektron xidmətlərin genişləndirilməsi, hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, eləcə də cəza siyasətinin humanistləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Muhsin Şentürk ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi önəm verildiyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüş keçirilib
Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub
Kamran Əliyev: Türkiyəyə səfərimizin məqsədi hüquqi sahədə əməkdaşlığı genişləndirməkdir
İraq Ali Məhkəməsinin sədri Azərbaycanda səfərdədir
Azərbaycanla Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər