Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub
18 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşüb.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər son illər ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin və intensiv siyasi dialoqun ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Görüşdə enerji sahəsinin Azərbaycan–Rumıniya əməkdaşlığının əsas istiqamətlərindən biri olduğu bildirilib, ənənəvi enerji ilə yanaşı, yaşıl enerji və alternativ enerji mənbələri üzrə tərəfdaşlığın inkişafı imkanları nəzərdən keçirilib. Nəqliyyat-kommunikasiya, təhsil, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi istiqamətində mövcud potensial müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin əlverişli investisiya mühiti barədə məlumat verərək, investorlar üçün yaradılmış imkanları diqqətə çatdırıb. Bu çərçivədə, Ələt Azad İqtisadi Zonasının regional ticarət və logistika mərkəzi kimi artan rolundan bəhs olunub və rumıniyalı şirkətlərin burada fəaliyyət imkanları qeyd edilib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq kontekstində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı həmçinin digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
XİN rəhbərləri Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
Ceyhun Bayramov Emil Hurezeanunu Rumıniya XİN rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub
Ceyhun Bayramov Lavrovun müavini ilə regional və beynəlxalq məsələləri müzakirə edib
Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
CNN ABŞ və İran arasında əldə olunduğu bildirilən 14 maddəlik anlaşma memorandumunun tam mətnini dərc edib
-
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda hesab açılıb - YENİLƏNİR
