Tramp: İranın dəniz blokadasının hava hücumlarından daha effektiv olduğunu bildirib
sizinxeber.az xəbər saytı

Tramp: İranın dəniz blokadasının hava hücumlarından daha effektiv olduğunu bildirib


ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar Ordusunun İran dəniz limanlarını blokadaya almasının bombardmandan daha səmərəli olduğunu və Vaşinqtonun lazım gələrsə, bu cür taktikalara qısa zamanda qayıtmağa hazır olduğunu bildirib.

"Sizinxeber.az"un məlumatına görə, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində deyib.

ABŞ lideri İran ətrafındakı vəziyyəti şərh edərkən edib: "Bilmək istəyirsinizsə, hesab edirəm, blokada bombardmandan daha təsirlidir. Biz bunu, deyərdim ki, 15 dəqiqədən sonra yenidən etməyə hazırıq".

O, həmçinin ABŞ-nin hərb naziri Pit Heqsetə müraciət edərək blokadanın tez bir zamanda bərpa olunması ehtimalını aydınlaşdırıb.

"Silahlı Qüvvələr lazım gələrsə, elə indi hərəkətə keçməyə hazırdır", - Pentaqon rəhbəri cavab verib.

Oxşar xəbərlər

Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
Tramp: İran limanlarını blokadaya alan Amerika dəniz qüvvələri piratlar kimi hərəkət edir
Tramp: Lazım olsa, İrana qarşı hərbi güc tətbiq etməyə hazırıq
Tramp: ABŞ İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır
Uolts: Tramp lazım gəlsə, İrana qarşı hərbi əməliyyatlara qayıtmağa hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər