sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanda az kükürdlü xam neftin istehsalı azalıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 17 718,33 min. ton az kükürdlü xam neft (tərkibində 0,6 %-ə qədər kükürd olan) istehsal edilib ki, bu da illik müqayisədə 6,05% azdır.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən xam neftin 17 678,32 min tonu əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,94% azdır.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 24 973,75 min ton az kükürdlü xam nefti istehsal edilib ki, bu da illik müqayisədə 9,7% azdır.
Hesabat dövründə Azərbaycanda istehsal edilən xam neftin 24 892,89 min tonu əmtəəlik məhsulun payına düşüb, bu da illik müqayisədə 9,8% azalma deməkdir.
Oxşar xəbərlər
Azərbaycanda bu il qaz kondensatının istehsalı 6%-dək artıb
Azərbaycanda əmtəəlik səmt qazının istehsalı artıb
BTC ilə tranzit neftin nəqli 5%-dək artıb
Azərbaycanda mədənçıxarma sənayesi istehsalı 27 mlrd. manatı ötüb
Azərbaycanda neft kəmərlərində itkilərin həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













