Azərbaycanda neft kəmərlərində itkilərin həcmi açıqlanıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərlərində 2,2 min ton itki olub, bu da illik müqayisədə 29,4% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 1,7 min ton təşkil edib.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 19 238,6 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,1% azdır. Nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib. Hesabat dövründə bu kəmər vasitəsilə 14 468,7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,7% azdır.
Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 3,8 min ton itki olub, bu da illik müqayisədə 31% çoxdur. 2023-cü ildə magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i BTC ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% artım deməkdir.
Oxşar xəbərlər
Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri artıb
Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirlər artıb
Azərbaycan bu il 230 mln. dollarlıq neft məhsulları ixrac edib
Azərbaycanda bu il emal olunan neftin həcmi açıqlanıb
Gürcüstan Azərbaycandan neft idxalını kəskin artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













