Azərbaycanda mədənçıxarma sənayesi istehsalı 27 mlrd. manatı ötüb
sizinxeber.az xəbər saytı

Azərbaycanda mədənçıxarma sənayesi istehsalı 27 mlrd. manatı ötüb


Cari ilin yanvar-iyul aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 27 339,5 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 0,2% azdır.

Bu barədə “Sizinxeber.az-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verib.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 25 267,9 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 0,3% azdır.

Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 19 263 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 25 122,8 mlrd. kub metr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 4,4% azalıb, əmtəəlik qaz hasilatı isə 4,1% artıb”, - məlumatda qeyd olunur.

Məlumatda o da qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 19 304,1 min ton neft (4,6% azalma) və 33 030,4 mln. kubmetr qaz (2,6% artım) hasil edilib.

Oxşar xəbərlər

Azərbaycan əmtəəlik qaz hasilatını 6%-dən çox artırıb
Azərbaycanda əmtəəlik qaz hasilatı 4 %-dən çox artıb
Azərbaycanda əmtəəlik qaz hasilatı 6 %-dən çox artıb
Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalı 11%-dən çox artıb
Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər