bp: “Qarabağ” layihəsi çərçivəsində Xəzərdə yeni sualtı infrastruktur istehsal müəssisəsi qurulacaq
“Qarabağ” yatağının işlənməsi çərçivəsində Xəzər regionunda yeni sualtı infrastruktur istehsal müəssisəsinin yaradılması planlaşdırılır.
"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Yuxarı axın sektoru – Yeni üfüqlər” adlı sessiyasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə yeraltı ehtiyatlar üzrə vitse-prezidenti Dan Sparkes deyib.
Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən enerji layihələri təkcə yeni hasilat yaratmır, həm də ölkədə texnoloji, sənaye və insan kapitalının inkişafına töhfə verir.
Dan Sparkes bildirib ki, “Qarabağ” layihəsi çərçivəsində yaradılacaq yeni obyekt Xəzərdə sualtı yataqların işlənməsi üçün əlavə imkanlar yaradacaq.
“‘Qarabağ’ layihəsi çərçivəsində sualtı infrastruktur üçün xüsusi istehsal müəssisəsi qurulacaq. Bu, Xəzər regionunda yeni texnoloji imkanların formalaşmasına xidmət edəcək”, – deyə o qeyd edib.
bp rəsmisinin sözlərinə görə, bu texnologiya bir neçə boru xətti və kommunikasiya sisteminin vahid konstruksiya şəklində hazırlanmasına imkan verir. Belə yanaşma sualtı yataqların mövcud infrastruktura daha səmərəli qoşulmasını təmin edir və xüsusi borudüzən gəmilərdən asılılığı azaldır.
Dan Sparkes əlavə edib ki, Azərbaycanda son illərdə formalaşan sənaye və mühəndislik potensialı yeni layihələrin həyata keçirilməsi üçün mühüm baza yaradıb.
Onun sözlərinə görə, hər yeni layihə ölkədə həm istehsal güclərinin, həm də yerli mütəxəssislərin imkanlarının genişlənməsinə şərait yaradır.
“Bu cür layihələr nəticəsində əldə olunan imkanlar gələcəkdə digər yataqların işlənməsində də istifadə edilə bilər”, – deyə bp rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
bp: “Qarabağ” yatağı üzrə yekun investisiya qərarı gələn ilin ortalarında verilə bilər
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
TotalEnergies: “Abşeron”un ikinci mərhələsi üzrə icra işlərinə bu il başlamağı planlaşdırırıq
TotalEnergies: “Abşeron” kondensatı “Şahdəniz” vasitəsilə emal olunacaq
ExxonMobil: Azərbaycanda qeyri-ənənəvi karbohidrogen ehtiyatlarını araşdırırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur
