ABŞ və ÇXR təhlükəsizlik məsələləri üzrə birgə məsləhətləşmələr keçirib
sizinxeber.az xəbər saytı

ABŞ və ÇXR təhlükəsizlik məsələləri üzrə birgə məsləhətləşmələr keçirib


Çin Xalq Respublikası (ÇXR) ilə ABŞ hava və dəniz məkanında təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıb.

"Sizinxeber.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ÇXR Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.

Tərəflər arasında keçirilmiş danışıqlar bəyanatda "səmimi və konstruktiv" kimi dəyərləndirilib.

Qeyd edilir ki, görüş mayın 28-dən 29-dək Havay adalarında hərbi dəniz məsləhətləşmələri mexanizmi çərçivəsində keçirilib. Tərəflər yanlış hesablamalara yol verməmək və qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək məqsədilə insident risklərinin azaldılması və kommunikasiya kanallarının möhkəmləndirilməsi tədbirlərini müzakirə ediblər.

Oxşar xəbərlər

ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
Filippin, Kanada, ABŞ və Avstraliya Cənubi Çin dənizində ilk birgə hərbi təlimə başlayıb
Çin XİN Si Cinpin və Bayden görüşünü müsbət qiymətləndirib
ABŞ, Yaponiya və Cənubi Koreya liderləri əməkdaşlıqda böyük irəliləyişi qeyd ediblər
Çin və ABŞ ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi yaratmaq barədə razılığa gəliblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər