ExxonMobil: Azərbaycanda qeyri-ənənəvi karbohidrogen ehtiyatlarını araşdırırıq
sizinxeber.az xəbər saytı

ExxonMobil: Azərbaycanda qeyri-ənənəvi karbohidrogen ehtiyatlarını araşdırırıq


ExxonMobil Azərbaycanda qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının işlənməsi imkanlarını araşdırır.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Yuxarı axın sektoru – Yeni üfüqlər” adlı sessiyasında ExxonMobil-in Qlobal Kəşfiyyat üzrə vitse-prezidenti John Ardill deyib.

Onun sözlərinə görə, şirkət Bakıda iştirakının əsas məqsədlərindən biri Azərbaycanda qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının potensialını müzakirə etməkdir.

“Bu gün burada olmağımızın səbəblərindən biri qeyri-ənənəvi resurslarla bağlı ideyaları müzakirə etməkdir. Bu resursların niyə vacib olduğunu və niyə Azərbaycan üçün maraqlı ola biləcəyini nəzərdən keçiririk”, – deyə o bildirib.

John Ardill qeyd edib ki, ABŞ-da üfüqi qazma və hidravlik layçatlatma texnologiyalarının tətbiqi nəticəsində ölkə son 20 ildə dünyanın ən böyük neft və qaz istehsalçısına çevrilib.

Onun sözlərinə görə, ExxonMobil qeyri-ənənəvi ehtiyatların işlənməsi sahəsində topladığı təcrübəni digər ölkələrdə də tətbiq etmək imkanlarını araşdırır.

“Bu texnologiyaları beynəlxalq bazarlara çıxararkən üç əsas amilə baxırıq: uyğun geoloji quruluş, kommersiya cəlbediciliyi və güclü tərəfdaşlıq modeli”, – deyə ExxonMobil rəsmisi vurğulayıb.

John Ardill əlavə edib ki, şirkət məhz bu yanaşma çərçivəsində Azərbaycandakı perspektivləri də qiymətləndirir.

Oxşar xəbərlər

bp: “Qarabağ” layihəsi çərçivəsində Xəzərdə yeni sualtı infrastruktur istehsal müəssisəsi qurulacaq
Prezident İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib - YENİLƏNİB
Con Uolles: Azərbaycanın Avropaya çıxışı enerji təhlükəsizliyi baxımından üstünlük yaradır
Uolles: Azərbaycanın Avropaya çıxışı enerji təhlükəsizliyi baxımından üstünlük yaradır
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər