Sunniya Durrani-Camal: "ADB enerji sahəsində Azərbaycanla daha çox iş görməyə ümid edir"
sizinxeber.az xəbər saytı

Sunniya Durrani-Camal: "ADB enerji sahəsində Azərbaycanla daha çox iş görməyə ümid edir"


Asiya İnkişaf Bankı (ADB) enerji sahəsində Azərbaycanla daha çox iş görməyə ümid edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal 31-ci Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan daxilində bank çox sadiq uzunmüddətli tərəfdaşdır: "Əlbəttə ki, biz özəl sektor vasitəsilə bərpa olunan enerji sahəsinə investisiyalar etmişik. Energetika Nazirliyi ilə daha çox iş görməyə ümid edirik. Lakin strateji planlaşdırma, tənzimləmə islahatları və institusional gücləndirilmə vasitəsilə istilik sektorunun modernləşdirilməsinə diqqət yetiririk. Bunlar infrastruktur islahatları kimi qəbul edilsə də, qazanlar və sair vasitəsilə enerji səmərəliliyi qənaətinə böyük töhfə verirlər".

O bildirib ki, eyni dərəcədə vacib olan ikinci hissə Azərbaycanın elektrik paylama sistemlərinin modernləşdirilməsi və rəqəmsal təkamülüdür: "Təbii ki, daha ağıllı şəbəkələrin olması olduqca vacibdir. Əlbəttə, dövlət sektoru isə bunu tək edə bilməz. Buna görə də, burada iş adamlarının, həm ölkə daxilində, həm də regionda fəal iştirakı önəmlidir".

Oxşar xəbərlər

ADB Azərbaycanda yeni BOEM layihələrini dəstəkləməyə hazırdır
Durrani-Camal: "ADB gənclərin “yaşıl ideya”ları kəşf etməsinin təşviqinə töhfə verir"
Bolqarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafına ümid edir
ADB Naxçıvanın dəmir yolu infrastrukturuna investisiya yatırmağa hazırdır
Çin Azərbaycanla BOEM sahəsində fəal əməkdaşlığa ümid edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər