Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
sizinxeber.az xəbər saytı

Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı


Maliyyə Nazirliyində idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətin daha çevik və səmərəli təşkili, eləcə də vahid idarəetmə mexanizmlərinin tətbiqi məqsədilə həyata keçirilən struktur islahatları çərçivəsində nazirliyin yerli bölmələrinin fəaliyyəti yenidən təşkil olunub.

Sizinxeber.Az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bu çərçivədə rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilib. Ləğv edilmiş yerli maliyyə idarələrinin funksiyalarının icrasını təmin etmək üçün Maliyyə Nazirliyinin Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə İdarəsi yaradılıb. Yeni struktur yerli gəlir və xərclərin idarə olunması sahəsində fəaliyyətin daha koordinasiyalı və effektiv şəkildə həyata keçirilməsinə imkan verir.

"Eyni zamanda, ləğv edilmiş yerli maliyyə idarələrinin kadr bazası əsasında dövlət qulluğu haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yeni yaradılmış Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə İdarəsi zəruri kadr potensialı ilə komplektləşdirilib.

Struktur dəyişikliklərinin əsas məqsədi maliyyə idarəçiliyinin effektivliyinin artırılması, qərar qəbuletmə prosesinin sürətləndirilməsi və dövlət maliyyə resurslarının idarə olunmasında vahid yanaşmanın təmin edilməsidir", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Maliyyə Nazirliyinin jurnalı ləğv olunur
"Expressbank"ın İdarə Heyətinə - YENİ TƏYİNAT
Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib
Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı olub
Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər