Qazaxıstan rəsmisi: Azərbaycan BTQ-nin reallaşdırılmasında böyük rol oynayıb
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin reallaşdırılmasına böyük həcmdə vəsait yatırıb.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bunu "Qazaxıstan Dəmir Yolları"nın sədr müavini Erlan Kulşibayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, xəttin modernləşdirilməsi uğurla həyata keçirilib.
“Şübhəsiz Azərbaycan layihənin reallaşdırılmasında böyük rol oynayıb. Layihənin iştirakçı ölkələri birgə sinxronlaşdırılmış iş aparıb. Qazaxıstan tranzit ölkə kimi bu xəttə daha çox həcmdə yüklər cəlb edir”, - o vurğulayıb.
Erlan Kulşibayev xəttin rəsmi istismara verilməsini tarixi an adlandırıb.
O əlavə edib ki, Qazaxıstan bu prosesin iştirakçısı olmaqdan məmnundur.
Xatırladaq ki, bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.
Oxşar xəbərlər
Gürcü nazir: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin dəyərini yüksəldəcək
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşınması məsələsinə aydınlıq gətirilib
ADY BTQ dəmir yolu xətti ilə sərnişin daşınacağı məsələsinə aydınlıq gətirib
ADY sözcüsü: "BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin imkanlarını artıracaq"
BTQ dəmir yolunun rəsmi açılışı olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur
