Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji əməkdaşlığını müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji əməkdaşlığını müzakirə edib


Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

"Sizinxeber.az" "AzərEnerji" ASC-yə istinadən xəbər verir ki, bu barədə müzakirələr səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Baba Rzayev, "Qazaxıstan Elektrik Şəbəkəsini İdarəetmə Şirkəti" SC-nin İdarə Heyətinin sədri Nəbi Aytjanov və Özbəkistan Milli Enerji Şəbəkəsinin İdarə Heyəti sədrinin müavini Feruz Kurbanovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşdə aparılıb.

Görüşdə eyni zamanda yeni texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası ətrafında müzakirələr aparılıb. Azərbaycanda yeni işə salınan 250 gücündə/500 MVt saat tutumu olan Batareya Enerji Saxlanc Mərkəzləri ilə bağlı təcrübə mübadiləsi edilib.

Görüşdə əməkdaşlığın gələcək inkişafının intensivləşdirilməsi və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Oxşar xəbərlər

Azərbaycan “Masdar”la enerji saxlanc sistemlərinin qurulmasını müzakirə edib
SOCAR İMF ilə bərpa olunan enerji və qaz ixracı infrastrukturunu müzakirə edib
ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
Azərbaycanda Batareya Enerji Saxlanc Sistemləri quraşdırılacaq
Azərbaycan Dünya Bankı ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər