Rövşən Rüstəmov: BTQ-nin modernləşdirmə layihəsi vaxtında və uğurla tamamlanıb
Bu gün Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu modernləşdirmədən sonra daha böyük yükdaşıma imkanları ilə istifadəyə verildi. Bu layihənin uğurla tamamlanması həm ölkəmiz, həm də bütövlükdə region üçün əlamətdar hadisədir.
Bunu "APA-Economics"ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov deyib.
O qeyd edib ki, BTQ dəmir yolu ənənəvi nəqliyyat bağlantısından Avrasiyanın strateji logistika arteriyalarından birinə çevrilib:
"Hazırda BTQ sadəcə alternativ marşrut deyil, Orta Dəhlizin mühüm struktur elementi kimi Azərbaycanın coğrafi mövqeyini real iqtisadi və strateji üstünlüyə çevirən vacib infrastrukturdur.
BTQ-nin əhəmiyyəti ilk növbədə onun Şərq–Qərb tranzitində Azərbaycanın rolunu genişləndirməsi ilə bağlıdır. Bu xətt sayəsində logistika imkanlarımız Xəzər keçidi və Gürcüstan limanları ilə məhdudlaşmır, Türkiyə üzərindən Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var. Dəmir yolu və dəniz daşımalarının uğurlu inteqrasiyası ilə ölkəmiz klassik tranzit ölkəsi statusundan çıxaraq regional logistika platformasına çevrilib.
BTQ-nin indiki səviyyəyə çatması üçün, cənab prezidentin hər dəfə qeyd etdiyi kimi, infrastruktura böyük investisiyalar qoyulub. 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən bu dəmir yolunun Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində BTQ-nin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.
BTQ-nin Gürcüstan hissəsində hansı işlərin görüldüyünü qısaca qeyd etmək istərdim. 13 dəmir yolu stansiyası, həmçinin 200-ə yaxın bina və mühəndis qurğusu əsaslı təmir edilib. Enerji təchizatının yaxşılaşdırılması məqsədilə 200 km-dən çox kontakt şəbəkəsi xətti yenilənib, eyni zamanda, 340 km uzunluğunda 10 kV-luq elektrik xətti təmir olunub.
Daha dayanıqlı əməliyyatlar üçün 61 km yeni dəmir yolu xətti çəkilib. Həmçinin ətraf infrastruktur 41 km yeni avtomobil və piyada yolu ilə təkmilləşdirilib".
Rövşən Rüstəmov vurğulayıb ki, mühüm məqamlardan biri bu işlərin böyük hissəsinin çətin dağlıq relyefdə, şaxtalı qış və quraqlıq yay kimi sərt iqlim şəraitində görülməsidir:
"Bunlara baxmayaraq, modernləşdirmə layihəsi vaxtında və uğurla tamamlanıb.
Paralel olaraq Azərbaycan tərəfində də mühüm işlər görülüb. ADY Bakı–Böyük Kəsik sahəsində əsaslı təmir işləri həyata keçirib, enerji sistemini yeniləyib.
Qeyd etdiklərim görülmüş işlərin texniki dildə yox, sadə dildə icmalıdır deyə bilərəm. Çünki, bildiyiniz kimi, bu cür layihələrin texniki detallarını saymaqla bitmir.
Modernləşdirmə işlərindən sonra, 18 may 2026-cı il tarixində Azərbaycan və Gürcüstan rəhbərlərinin iştirakı ilə BTQ dəmir yolu xətti layihəsinin təhvil-təslimi üzrə yekun akt, eləcə də ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətləri tərəfindən yaradılmış “BTKI Railways” MMC birgə müəssisəsinin işə salınması ilə bağlı sənədlər imzalanıb.
Yenilənmiş BTQ Çin və Mərkəzi Asiyanı Avropaya bağlayan ən qısa və çevik quru marşrutlarından biri kimi daha funksional və səmərəli bağlantı statusundadır. Xüsusilə Çin tərəfi ilə imzaladığımız sənədlərdə Orta Dəhliz boyunca yükdaşımaların təkmilləşdirilməsi üçün BTQ-dən daha geniş istifadənin təşviqinə xüsusi diqqət ayırmışıq və bu proses artıq reallaşma mərhələsindədir".
Oxşar xəbərlər
Gürcü nazir: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin dəyərini yüksəldəcək
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşınması məsələsinə aydınlıq gətirilib
"Gürcüstan Dəmir Yolları": Strateji layihə olan BTQ Azərbaycanla səmərəli əməkdaşlıq sayəsində tamamlanıb
Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək
Bakı–Sabunçu–Suraxanı dəmir yolunun açılışından 145 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur
