"ExxonMobil" Azərbaycanda qeyri-ənənəvi karbohidrogenlərin potensialını qiymətləndirməyi planlaşdırır
ABŞ-nin "ExxonMobil" neft-qaz şirkəti Azərbaycanın qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının potensialını araşdırmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "ExxonMobil"in qlobal kəşfiyyat üzrə vitse-prezidenti Con Ardill 31-ci Bakı Enerji Forumu çərçivəsində məlumat verib.
"ExxonMobil" karbohidrogen molekullarının işlənməsinin bütün istiqamətlərini əhatə edən 145 illik tarixə malik ən böyük korporasiyadır. Bu gün burada olmağımızın əsas səbəblərindən biri bir sıra ideyaları müzakirə etmək istəyidir və əvvəlki müzakirədə artıq qeyri-ənənəvi ehtiyatlar mövzusuna toxunulub. Nə üçün onlar bu qədər böyük əhəmiyyət daşıyır? Nə üçün onlara diqqət yetirməliyik? Nə üçün biz onları məhz Azərbaycan kontekstində nəzərdən keçiririk?", - o bildirib.
C.Ardil vurğulayıb ki, "ExxonMobil" qeyri-ənənəvi ehtiyatların mənimsənilməsi sahəsində malik olduğu böyük təcrübənin ənənəvi bazarlardan kənarda, o cümlədən digər dövlətlərdə tətbiqi perspektivlərini təhlil edir.
"Bu texnologiyalarla beynəlxalq bazarlara çıxarkən üç meyarı əsas götürürük: əlverişli geoloji quruluş, kommersiya məqsədəuyğunluğu və etibarlı tərəfdaşlıq modeli. "ExxonMobil" məhz bu səbəbdən - ölkənizdəki bu potensialı qiymətləndirmək üçün Bakıdadır", - C.Ardill vurğulayıb.
Oxşar xəbərlər
ExxonMobil: Azərbaycanda qeyri-ənənəvi karbohidrogen ehtiyatlarını araşdırırıq
SOCAR “ExxonMobil Corporation” ilə Anlaşma Memorandumu imzalayıb
SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
"ExxonMobil" 10 illik fasilədən sonra Liviyadakı fəaliyyətini bərpa edəcək
Prezident İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur
