Bakı-Supsa neft kəmərinin operatorluğunun təhvil veriləcəyi tarix açıqlanıb
sizinxeber.az xəbər saytı

Bakı-Supsa neft kəmərinin operatorluğunun təhvil veriləcəyi tarix açıqlanıb


bp şirkəti Bakı-Supsa neft kəmərinin operatorluğunu 8 iyuldahvil verəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.

Onun sözlərinə görə, kəmərin Azərbaycan hissəsi üzrə operatorluq Azərbaycan, Gürcüstan hissəsi isə Gürcüstan hökümətinə təhvil veriləcək.

Bununla yanaşı, iyun ayının əvvəllərində Bakı-Tbilisi-Ceyhan kəməri üzrə operatorluq müvafiq hissələr üzrə SOCAR-a veriləcək.

Xatırladaq ki, bu ilin may ayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər. Bakı-Supsa ixrac marşrutu Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil olunan neftin nəqli üçün nəzərdə tutulub. 1999-cu ilin aprelində istismara verilən kəmərin uzunluğu 837 kilometr, illik ötürücülük qabiliyyəti isə 7 milyon tondan çoxdur.

Oxşar xəbərlər

Qazaxıstan Bakı-Supsa kəmərini mümkün neft ixracı marşrutları arasında qiymətləndirir
Ötən il Bakı-Supsa boru kəməri ilə ixrac edilən neftin həcmi açıqlanıb
Bakı-Supsa kəməri ilə indiyədək nəql olunan neftin həcmi açıqlanıb
Bakı–Supsa neft kəməri ilə indiyədək 740 milyon barelə yaxın neft nəql olunub
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər