bp: “Qarabağ” yatağı üzrə yekun investisiya qərarı gələn ilin ortalarında verilə bilər
bp “Qarabağ” yatağının işlənməsi ilə bağlı yekun investisiya qərarını gələn ilin ortalarına qədər qəbul etməyi planlaşdırır.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.
Onun sözlərinə görə, hazırda layihə üzrə mühəndislik işləri davam edir.
“Qarabağ layihəsi üzrə bütün mühəndislik işlərini davam etdiririk və ümid edirik ki, gələn ilin ortalarına doğru yekun investisiya qərarını qəbul edə biləcəyik”, – deyə o bildirib.
C.Kristofoli qeyd edib ki, layihə həyata keçirilərsə, Xəzər dənizində ilk dəfə mövcud infrastruktura qoşulmaqla yeni yatağın işlənməsi mümkün olacaq.
“Bu, Xəzərdə yeni yataqların mövcud infrastruktura inteqrasiyası baxımından mühüm mərhələ olacaq”, – deyə bp rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, bp “Şahdəniz” yatağında qazma işlərini davam etdirir. Şirkət həmçinin sıxılma (compression) layihəsi üzrə işlərdə təxminən 30% irəliləyiş əldə edib və obyektin 2029-cu ildə istismara verilməsi planlaşdırılır.
C.Kristofoli bildirib ki, bp AÇG-də (Azəri-Çıraq-Günəşli) dərin qaz layihəsi üzrə ilk hasilat quyusunu istifadəyə verib. Növbəti quyu üzrə işlər davam edir və əldə olunacaq nəticələr gələcəkdə milyardlarla dollar həcmində investisiyalara yol aça bilər.
O əlavə edib ki, şirkətin investisiya planlarında dəyişiklik yoxdur və bp neft qiymətlərindəki dəyişkənliyə baxmayaraq kapital qoyuluşlarını sabit saxlamağı planlaşdırır.
Oxşar xəbərlər
Cio Kristofoli: bp “Şahdəniz”ə 2,9 mlrd. dollar investisiya yatırır
"Şahdəniz"də yeni layihə üzrə investisiya qərarı bu ilin sonunda qəbul olunacaq
"Şahdəniz"də yeni layihə üzrə investisiya qərarı ilin sonunda qəbul olunacaq
BP-nin vitse-prezidenti: "Qarabağ" yatağında yaradılacaq infrastruktur AÇG blokunda mövcüd infrastruktura qoşulacaq
SLB: Süni intellekt “Bahar” yatağının inkişaf potensialını üzə çıxara bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
