Samir Şərifov: Belarusla ticarət dövriyyəsinin genişləndirilməsi üçün potensial var
Azərbaycan və Belarus qarşılıqlı ticarətin diversifikasiyası hesabına ticarət dövriyyəsinin daha da artırılması və onun strukturunun genişləndirilməsi imkanlarına malikdir.
"Report"un Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Belarusun Baş naziri Aleksandr Turçinlə görüşündə bildirib.
S.Şərifovun sözlərinə görə, Azərbaycan-Belarus münasibətlərinin gündəliyində ən mühüm yeri iqtisadi əməkdaşlıq tutur: "Dünya iqtisadiyyatında baş verən mürəkkəb proseslərə baxmayaraq, ölkələrimiz qarşılıqlı ticarətin müsbət dinamikasını qoruyub saxlamağa və işgüzar qarşılıqlı əlaqələrin istiqamətlərini genişləndirməyə nail olur. 2026-cı ilin dörd ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin artımı ötən ilin bənzər dövrü ilə müqayisədə 11 %-i (158 milyon dolları) ötüb. Hesab edirik ki, ticarət dövriyyəsinin daha da artırılması və qarşılıqlı ticarətin strukturunun şaxələndirilməsi üçün yollar var".
Baş nazirin müavini vurğulayıb ki, ticarət dövriyyəsinin artmasına və qarşılıqlı ticarətin strukturunun şaxələndirilməsinə Belarus müəssisələrinin Azərbaycanda qurulmuş geniş diler şəbəkəsi, eləcə də Belarusdakı Azərbaycan Ticarət Evinin fəaliyyəti kömək edə bilər.
Xəbər yenilənir
Oxşar xəbərlər
Baş nazirin müavini: "Azərbaycan və Belarus arasında tranzit daşımaları 63 % artıb"
ÜTT: ABŞ-Çin ticarəti 80 % azalacaq
Səfir: Cari ilin 10 ayında Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb
Azərbaycan Aİ ölkələri ilə ticarət dövriyyəsini 28 %-ə yaxın artırıb
Samir Şərifov Belarus xarici işlər nazirinin müavini ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur
