İqor Qarafuliç missiyasının başa çatması ilə bağlı Azərbaycana minnətdarlığını bildirib
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisinin vəzifələrini icra edən İqor Qarafuliç ölkədəki missiyası başa çatması ilə bağlı Azərbaycana minnətdarlığını bildirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"İqor Qarafuliç Azərbaycan hökumətinə, tərəfdaşlarına, BMT-nin Ölkə Komandasındakı həmkarlarına, eləcə də ölkədə işlədiyi dövrdə onu qəbul edən və dəstəkləyən hər kəsə səmimi minnətdarlığını bildirir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, 2026-cı ilin yanvarında Vladanka Andreyevanın missiyası başa çatdıqdan sonra İqor Qarafuliç BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi təyin edilmişdi.
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinə isə Dmitri Şlapaçenko təyin olunub, o, iyulun 1-də öz vəzifələrinin icrasına başlayacaq.
Oxşar xəbərlər
Qarafuliç: Qarabağda aparılan bərpa işlərinin miqyası və keyfiyyəti diqqət çəkir
İqor Qarafuliç: BMT Azərbaycan hökümətinə dəstək göstərməyə hazırdır
Dmitri Şlapaçenko BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi təyin edilib
İqor Qarafuliç: "WUF13 istiqamətində hazırlıqlar işləri yüksək səviyyədədir"
BMT-nin müvəqqəti rezident əlaqələndiricisinin missiyası başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur
