TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
sizinxeber.az xəbər saytı

TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk


“Abşeron” qaz-kondensat yatağında əlavə quyuların qazılması imkanları nəzərdən keçirilir.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Yuxarı axın sektoru – Yeni üfüqlər” adlı sessiyasında TotalEnergies-in Azərbaycan üzrə rəhbəri Emmanuel de Guillebon deyib.

Onun sözlərinə görə, yatağın ikinci mərhələsi çərçivəsində yaradılacaq infrastruktur gündəlik təxminən 12,7 milyon kubmetr qaz və 40 min barel kondensat emal etmək gücündə olacaq.

Emmanuel de Guillebon bildirib ki, şirkət boru kəməri və emal qurğularının tam yüklənməsini təmin etmək məqsədilə əlavə hasilat imkanlarını araşdırır.

“‘Abşeron’ çox böyük yataqdır. SOCAR və XRG ilə birlikdə yeni imkanlar üzərində işləyirik. Yatağın şərq hissəsində əlavə potensial görürük”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, son illərdə aparılan seysmik tədqiqatlar yatağın daha yaxşı öyrənilməsinə imkan verib.

“Gələcəkdə boru kəmərinin və emal qurğusunun tam yüklənməsini təmin etmək üçün əlavə quyuların qazılacağına ümid edirik. Hazırda bu imkanların qiymətləndirilməsi üzərində işləyirik”, – deyə şirkət rəsmisi əlavə edib.

Oxşar xəbərlər

TotalEnergies: “Abşeron”un ikinci mərhələsi üzrə icra işlərinə bu il başlamağı planlaşdırırıq
TotalEnergies: “Abşeron” kondensatı “Şahdəniz” vasitəsilə emal olunacaq
ExxonMobil: Azərbaycanda qeyri-ənənəvi karbohidrogen ehtiyatlarını araşdırırıq
bp: “Qarabağ” layihəsi çərçivəsində Xəzərdə yeni sualtı infrastruktur istehsal müəssisəsi qurulacaq
“Abşeron” yatağının tammiqyaslı işlənilməsi çərçivəsində ilk qaz 2029-cu ilin payızında hasil olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər