İndiyədək Xocavənd şəhərində 1354 sakin məskunlaşıb - FOTO
Xocavənddə təmir-bərpa işləri yekunlaşdıqca mərhələli şəkildə əhalinin köç prosesi həyata keçirilir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa-tikinti, idarəetmə xidmətinin mətbuat katibi Təranə Quliyeva APA-nın Qarabağ bürosuna açıqlamasında bildirib ki, ümumilikdə Xocavənd şəhərində 1188 evin bərpası planlaşdırılıb. Artıq 728 ev üzrə işlər yekunlaşıb, 460 evin bərpası isə hazırda davam etdirilir. Bərpa və əsaslı təmir işləri tamamlandıqca sakinlərin köçü də mərhələli şəkildə həyata keçirilir.
Qeyd olunub ki, Xocavənd şəhərində bərpa işlərinə 2025-ci ilin oktyabr ayında başlanılıb. Xocavənd şəhərinə ilk köç 2026-cı il fevralın 20-də baş tutub. Həmin mərhələdə 50 ailə, 194 nəfər doğma yurduna qayıdıb.
Hazırda şəhərdə ümumilikdə 348 ailə, 1354 sakin məskunlaşıb. Onlardan 140 ailə çoxmənzilli binalarda, 208 ailə isə fərdi yaşayış evlərində yaşayır.
Sosial infrastrukturun bərpası çərçivəsində 640 şagird yerlik tam orta məktəb Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı şəkildə bərpa olunub və 21 apreldə fəaliyyətə başlayıb. Bundan əlavə, 240 yerlik uşaq bağçasının bərpası da planlaşdırılır. İlkin mərhələdə 40 yerlik bağçanın istifadəyə verilməsi nəzərdə tutulur.
Ümumilikdə, Xocavənddə aparılan bərpa işləri yekunlaşdıqca, əhalinin mərhələli şəkildə daimi məskunlaşması təmin olunur.
Oxşar xəbərlər
Ağdamda 2-ci yaşayış kompleksində müasir məhəllə formalaşdırılıb - FOTO
Növbəti köç karvanları Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatıb - YENİLƏNİB - FOTO
Xocavəndin kəndlərində bu il 1552 evin təmir olunması planlaşdırılıb
İlin sonuna qədər Ağdamın üç kəndinə köç baş tutacaq
Bu il Xocavəndə ilk köç nəzərdə tutulur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Milan" rəhbərliyi idarəetmə strukturunda dəyişikliklər planlaşdırır
-
İlham Əliyev Si Cinpinə başsağlığı verib
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
Rusiya ordusu Xarkova zərbələr endirib: ölənlər və yaralananlar var
