"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur
sizinxeber.az xəbər saytı

"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur


Enerji sektorunda avtonom texnologiyaların tətbiqi sürətlə genişlənsə də, bu sahədə avtonomluq səviyyələrinin qiymətləndirilməsi üçün vahid yanaşma hələ formalaşmayıb.

"Report" xəbər verir ki, bunu "ABB Energi İndustries" şirkətinin vitse-prezidenti Danilo Sezar de Silva Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində təşkil olunan panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, müasir dünyada ağıllı anbarlardan tutmuş təyyarələrə və avtonom nəqliyyat vasitələrinə qədər bir çox sahədə avtomatlaşdırma və avtonomluq texnologiyalarından istifadə edilir.

"Müasir təyyarələrdə pilotların birbaşa müdaxiləsi uçuş müddətinin cəmi 7-8 dəqiqəsini təşkil edir ki, bu da aviasiyada avtonom həllərin nə qədər geniş tətbiq olunduğunu göstərir. Enerji sistemlərinin mürəkkəbləşməsi, kadr transformasiyası və məhsuldarlığın artırılması zərurəti şirkətləri avtonom texnologiyalara daha çox investisiya yatırmağa sövq edir. Avtonomluq insanı əvəz etmək üçün deyil, aktivlərin məhsuldarlığını və səmərəliliyini artırmaq üçün istifadə olunur", – deyə qonaq qeyd edib.

O, əlavə edib ki, avtomobil sənayesində avtonomluğun 0-dan 5-ə qədər səviyyələrini müəyyən edən beynəlxalq təsnifat mövcuddur: "Şirkətin yanaşmasına əsasən, 0-cı səviyyədə bütün proseslər tamamilə insan müdaxiləsindən asılıdır. Səviyyə yüksəldikcə insanın əllərinin, gözlərinin və düşüncə prosesinin sistemə nəzarət ehtiyacı azalır. Beşinci səviyyə tam avtonomluq deməkdir. Bu mərhələdə proseslər insan müdaxiləsi olmadan həyata keçirilir. Enerji sektorunda da avtonomluğun səviyyələrinin müəyyənləşdirilməsi və standartlaşdırılması gələcək texnoloji inkişaf üçün mühüm əhəmiyyət daşıyır".

Oxşar xəbərlər

Albaniya elektrik enerjisi ixracatçısına çevrilməyi hədəfləyir
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
Orxan Zeynalov: "Azərbaycanda hidrogen istehsalına 2035-ci ildən başlanacaq"
SOCAR ənənəvi neft-qaz şirkətindən enerji şirkətinə transformasiya edəcək
Pərviz Şahbazov: “Enerji keçidinə birtərəfli yanaşma ciddi risklər yarada bilər”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər