TotalEnergies: “Abşeron” kondensatı “Şahdəniz” vasitəsilə emal olunacaq
“Abşeron” qaz-kondensat yatağının ikinci mərhələsi çərçivəsində hasil olunacaq kondensatın emalı üçün “Şahdəniz” layihəsinin mövcud infrastrukturundan istifadə ediləcək.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Yuxarı axın sektoru – Yeni üfüqlər” adlı sessiyasında "TotalEnergies"in Azərbaycan üzrə rəhbəri Emmanuel de Guillebon deyib.
Onun sözlərinə görə, şirkət yeni emal qurğusuna investisiya qoymaq əvəzinə mövcud infrastrukturdan istifadə etməyi seçib.
“Biz kondensatın tam emalını öz obyektimizdə həyata keçirməyəcəyik. Kondensat son emal üçün ‘Şahdəniz’ terminalına göndəriləcək. Bu, layihələr arasında sinerji yaradır və kapital xərclərini azaldır”, – deyə o bildirib.
Emmanuel de Guillebon qeyd edib ki, TotalEnergies və bp müxtəlif istiqamətlərdə əməkdaşlıq edir və məqsəd ölkədə mövcud imkanlardan daha səmərəli istifadə etməkdir.
“Ölkə səviyyəsində mövcud obyektlərdən istifadə etmək daha məntiqlidir. Əgər başqa layihənin infrastrukturu varsa, yeni obyekt tikməyə ehtiyac qalmır”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, şirkət “Abşeron” və “Şahdəniz” layihələri arasında digər texniki əməkdaşlıq imkanlarını da nəzərdən keçirir. Bu əməkdaşlıq sualtı boru xətlərinin çəkilişi və mövcud avadanlıqların birgə istifadəsini də əhatə edir.
Oxşar xəbərlər
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
TotalEnergies: “Abşeron”un ikinci mərhələsi üzrə icra işlərinə bu il başlamağı planlaşdırırıq
Cio Kristofoli: bp “Şahdəniz”ə 2,9 mlrd. dollar investisiya yatırır
bp: “Qarabağ” layihəsi çərçivəsində Xəzərdə yeni sualtı infrastruktur istehsal müəssisəsi qurulacaq
“Abşeron” yatağının tammiqyaslı işlənilməsi çərçivəsində ilk qaz 2029-cu ilin payızında hasil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
