Hikmət Rəhmətov: BTQ Orta Dəhlizin əsas strateji seqmentlərindən biridir
sizinxeber.az xəbər saytı

Hikmət Rəhmətov: BTQ Orta Dəhlizin əsas strateji seqmentlərindən biridir


Bakı–Tbilisi–Qars dəmir yolu Orta Dəhlizin əsas strateji seqmentlərindən biridir.

"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bunu Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihəsinin Orta Dəhlizin inkişafında mühüm rolundan danışan "Özbəkistan Dəmir Yolları" SC-nin sədrinin birinci müavini Hikmət Rəhmətov deyib.

O qeyd edib ki, Azərbaycan, Gürcüstan və Türkiyə bu layihə vasitəsilə Şərqdən Qərbə yükdaşımaların daha sürətli və etibarlı həyata keçirilməsi üçün mühüm infrastruktur formalaşdırıblar:

"Azərbaycan, Gürcüstan və Türkiyə Şərqdən Qərbə yüklərin ən qısa və etibarlı şəkildə daşınmasını təmin edən mühüm marşrut formalaşdırıb. Bu marşrut konteyner, vaqon və digər yüklərin Avropaya çatdırılmasına imkan verir".

H.Rəhmətov vurğulayıb ki, əsası 2007-ci ildə qoyulan bu layihə hazırda region üçün strateji əhəmiyyət daşıyan nəqliyyat dəhlizinə çevrilib.

"Bu gün həmin layihə illik 5 milyon ton yükötürmə qabiliyyətinə malikdir. Bu, Orta Dəhliz üçün çox böyük göstəricidir", - o əlavə edib.

Özbəkistan rəsmisi ölkəsinin də Orta Dəhlizdə aktiv iştirak etdiyini, müxtəlif marşrutlar vasitəsilə Avropa bazarlarına çıxış əldə etdiyini vurğulayıb və layihənin region ölkələri üçün iqtisadi imkanları genişləndirdiyini bildirib.

H.Rəhmətov Azərbaycanın layihədəki rolunu xüsusi qeyd edərək, onun BTQ-nin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Oxşar xəbərlər

ADY sözcüsü: "BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin imkanlarını artıracaq"
ADY və Çin Dəmir Yolları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığa gəlib
Hakan Fidan: Bakı-Tbilisi-Qars layihəsində əməkdaşlıqla səmərəliliyi artıracağıq
TRACECA-nın iclasında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Orta Dəhlizin əhəmiyyəti vurğulanıb
Gürcüstan bu il Orta Dəhlizdə yükdaşımaların həcminin artacağını gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər