Qazaxıstanın energetika naziri: BTC-nin boş gücündən istifadə etməyi planlaşdırırıq
Qazaxıstan Bakı-Tblisi-Ceyhan boru kəmərinin boş gücündən istifadə etməyi planlaşdırır.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən nazirlər səviyyəsində plenar sessiyada Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.
Onun sözlərinə görə, Qazaxıstan hazırda Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) kəmərindən demək olar ki, tam gücü ilə istifadə edir və neftin dünya bazarlarına çıxarılması üçün əlavə marşrutlara ehtiyac duyur.
“BTC artıq mövcuddur və ondan istifadə etməmək məntiqli olmazdı. BTC bu gün Qazaxıstan üçün əsas marşrutlardan biridir”, – deyə nazir qeyd edib.
E. Akkenjenov bildirib ki, BTC kəmərinin hazırda təxminən 25 milyon ton boş ötürmə gücü var və Qazaxıstan yaxın gələcəkdə yeni layihələrin inkişafı fonunda bu potensialın bir hissəsindən istifadə edə bilər.
Nazirin sözlərinə görə, BTC yalnız Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər deyil, eyni zamanda Ceyhan limanında iri tutumlu neft tankerlərinin yüklənməsinə imkan yaradır ki, bu da iqtisadi baxımdan əlavə üstünlüklər formalaşdırır.
“BTC Qazaxıstan üçün təkcə bu gün deyil, yaxın gələcəkdə də ən yaxşı marşrutlardan biridir”, – deyə E. Akkenjenov vurğulayıb.
Oxşar xəbərlər
Erlan Akkenjenov ABŞ-yə Xəzərin karbohidrogen tədarükü potensialından istifadə olunmasını təklif edib
Yerlan Akkenjanov: "BTC gələcəkdə də Qazaxıstan üçün ən yaxşı tədarük yolu olacaq"
Qazaxıstan BTC ilə neftin nəqlini artıra bilər
Qazaxıstan neftinin BTC ilə tədarük həcmi 346 min tona çatıb
İslamdaut Akubayev: "Martda Qazaxıstanın BTC ilə neft ixracı 138 min ton təşkil edəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
Konqoda balina ovlayan qayıq qayaya çırpılıb, 11 nəfər həlak olub
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
