SOCAR ənənəvi neft-qaz şirkətindən enerji şirkətinə transformasiya edəcək
sizinxeber.az xəbər saytı

SOCAR ənənəvi neft-qaz şirkətindən enerji şirkətinə transformasiya edəcək


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın illərdə ənənəvi neft-qaz şirkətindən enerji şirkətinə transformasiya etməyi planlaşdırır.

"Sizinxeber.az" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində təşkil olunan panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, SOCAR regionun ən böyük enerji təminatçılarından biri kimi neft-qaz sənayesində, xüsusilə də qaz sektorunda əhəmiyyətli təsir imkanlarına malikdir.

"İllər ərzində həm əməliyyat, həm də ətraf mühitin idarə olunması sahəsində geniş təcrübə və imkanlar formalaşdırmışıq. Məqsədlərimiz aydındır, planlarımız və layihələrimiz artıq strukturlaşdırılıb və rəsmiləşdirilib. Şirkət qarşıya qoyduğu dekarbonizasiya və transformasiya hədəflərinin növbəti mərhələsinə keçmək üçün zəruri alətlərə malikdir. Biz göstərmək istəyirik ki, öhdəlik və iradə olduğu halda neft-qaz sənayesi həm şirkət, həm də ölkə səviyyəsində nisbətən qısa müddətdə transformasiya oluna bilər", – deyə o vurğulayıb.

SOCAR rəsmisinin sözlərinə görə, Azərbaycanda bu proses yalnız şirkətin fəaliyyəti ilə məhdudlaşmır: "Ölkə səviyyəsində neft-qaz sektorunun ekoloji göstəricilərinin yaxşılaşdırılmasına, emissiyaların azaldılmasına və iqlim hədəflərinə nail olunmasına xüsusi diqqət ayrılır. Bu istiqamətdə əldə etdiyimiz bilik və təcrübədən istifadə edərək transformasiyanı sürətləndirmək niyyətindəyik. Məqsədimiz klassik neft-qaz şirkətinin qısa müddətdə enerji şirkətinə çevrilməsidir və hazırda bu plan üzərində aktiv şəkildə işləyirik".

Oxşar xəbərlər

“SOCAR Green” Azərbaycanda ən böyük IPP olmaq istəyir
SOCAR emissiyaların azaldılmasının əlavə yollarını araşdırır
SOCAR rəsmisi COP29 çərçivəsində keçirilən panel müzakirələrində çıxış edib
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
Hikmət Abdullayev: "SOCAR süni intellekt əsaslı həllərdən istifadə edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər