Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb


Bu ilin yanvar-mart aylarında Azərbaycan Asiyanın əsas bölgəsindən ümumilikdə 94 min 846 turist qəbul edib.

"Sizinxeber.az" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % azdır.

Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 52,1 % azalaraq 34 031 nəfər, Mərkəzi Asiyadan gələnlərin sayı 17,6 % artaraq 46 min 334 nəfər, Şimali-Şərqi Asiyadan gələnlərin sayı 17,9 % artaraq 11 min 679 nəfər, Cənub-Şərqi Asiyadan gələnlərin sayı isə 30,5 % azalaraq 2 min 802 nəfər olub.

Cənubi Asiya ölkələri arasında ən çox turist Hindistandan olub – 17 min 374 nəfər. Lakin bu istiqamətdə 68,3 % azalma qeydə alınıb. Pakistandan 14 min 393 nəfər (+4,7 %), Şri Lankadan 1 min 076 nəfər (+6,9 %), Banqladeşdən 701 nəfər (-18,3 %), Nepaldan 359 nəfər (-32,6 %), Maldivdən 111 nəfər (2,1 dəfə çox), Əfqanıstandan isə 17 nəfər olub (+30,8 %) turist gəlib.

Mərkəzi Asiya ölkələri arasında isə ən çox turist Qazaxıstandan olub - 19 min 672 nəfər. Bu istiqamətdə 8,3 % artım qeydə alınıb. Özbəkistandan 14 min 477 nəfər (+56,9 %), Türkmənistandan isə 7 min 293 nəfər (-6,6 %),Tacikistandan 2 523 nəfər (+13 %), Qırğızıstandan 2 369 nəfər (+20,7 %) turist gəlib.

Şimali-Şərqi Asiya ölkələri arasında isə ən çox turist Çindən olub – 10 min 310 nəfər. Bu istiqamətdə 21,9 % artım qeydə alınıb. Yaponiyadan 649 nəfər (-7,4 %), Cənubi Koreyadan 592 nəfər (- 7,5 %), Monqolustandan 128 nəfər (+25,5 %) turist gəlib, Şimali Koreyadan isə turist axını dayanıb.

Cənub-Şərqi Asiya ölkələri arasında isə ən çox tusirt Filippindən olub - 1 min 415 nəfər. Bu istiqamətdə 47,2 % azalma qeydə alınıb. İndoneziyadan 669 nəfər (+41,7 %), Malayziyadan 356 nəfər (-31,5 %), Vyetnamdan 120 nəfər (+60 %), Taylanddan 120 nəfər (+3,4 %), Sinqapurdan 115 nəfər (-27,7 %), Kambocadan 4 nəfər (dəyişməyib), Bruneydən 2 nəfər (-33,3 %), , Laosdan isə 1 nəfər (-50 %) turist gəlib.

Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Oxşar xəbərlər

Azərbaycana turist axını 1 % azalıb
Azərbaycana işgüzar məqsədlərlə səfər edənlərin sayı 94 % artıb – ARAŞDIRMA
Azərbaycana turist axını 2 %-ə yaxın azalıb
Azərbaycana Hindistandan turist axını 2 dəfədən çox artıb
Azərbaycana Hindistandan turist axını 3 dəfəyə yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər