Donald Tramp “Bakı Enerji Həftəsi”nə məktub ünvanlayıb
sizinxeber.az xəbər saytı

Donald Tramp “Bakı Enerji Həftəsi”nə məktub ünvanlayıb


ABŞ Prezidenti Donald Tramp “Bakı Enerji Həftəsi”nə məktub ünvanlayıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

ABŞ Prezidenti Donald Trampın bu tədbirə məktub ünvanlamasını məmnunluqla vurğulayan Prezident İlham Əliyev bu yanaşmanın və tərəfdaşlığın çox yüksək qiymətləndirildiyini bildirib, buna görə ABŞ dövlətinin başçısına minnətdarlığını ifadə edib.

Kaleb Orr vurğulayıb ki, Donald Trampın “Bakı Enerji Həftəsi”nə məktub ünvanlaması tədbirin Amerika Birləşmiş Ştatları üçün nə qədər önəmli olduğunu göstərir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib
İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib
Prezident İlham Əliyev və Donald Tramp arasında telefon danışığı baş tutub
Prezident İlham Əliyev Pakistanın energetika nazirini qəbul edib - YENİLƏNİB
Bakı Enerji Həftəsi başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər