SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
Neft-qaz sektorunda emissiyaların azaldılması və yeni texnologiyaların tətbiqi operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq olmadan mümkün deyil.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse prezidentinin müavini Hikmət Abdullayev Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, bu üç amildən hər hansı birinin prosesdən kənarda qalması layihələrin uğurla həyata keçirilməsini çətinləşdirir.
"Texnologiya şirkətləri ən son elmi nailiyyətlərə və innovativ həllərə çıxış əldə edir. Xidmət şirkətləri bu texnologiyaların tətbiqi və istismarı üzrə təcrübəyə malikdir. Operatorlar isə aktivlərin xüsusiyyətləri və əməliyyat məlumatlarını təqdim edir. Bu elementlərdən biri olmadıqda sistem effektiv işləyə bilməz", – deyə SOCAR rəsmisi qeyd edib.
H. Abdullayev əlavə edib ki, texnologiyalar sürətlə inkişaf etdiyi üçün şirkətlər arasında daimi dialoq və məlumat mübadiləsinin aparılması vacibdir: "Texnologiya hər il, hətta hər altı aydan bir dəyişir. Operatorlar gündəlik fəaliyyətləri ilə məşğul olduqlarından bəzən sənayedə baş verən yenilikləri izləməkdə çətinlik çəkir. Buna görə bütün tərəflər arasında əlaqə kanallarının daim açıq qalması vacibdir. Texnologiya hazırlayan şirkətlərin də problemlərin mahiyyətini və konkret aktivlərin xüsusiyyətlərini dərindən anlaması vacibdir. Bu isə konkret layihələr üçün xüsusi həllərin hazırlanmasına imkan yaradır. Əməkdaşlıq bu prosesin əsas hərəkətverici qüvvəsidir. Onsuz irəli getmək mümkün deyil".
Oxşar xəbərlər
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir
Hikmət Abdullayev: "SOCAR süni intellekt əsaslı həllərdən istifadə edir"
SOCAR ənənəvi neft-qaz şirkətindən enerji şirkətinə transformasiya edəcək
Xasenov: “KazMunayQaz”, SOCAR, “Tatneft” və “Uzbekneftqaz” əməkdaşlığı gücləndirir
SOCAR rəsmisi COP29 çərçivəsində keçirilən panel müzakirələrində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
Overçuk: Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq
