Misir qaz tədarükünə görə Azərbaycana təşəkkür edib
Misir SOCAR-ın qaz tədarükünə görə Azərbaycana təşəkkür edib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən nazirlər səviyyəsində plenar sessiyada Misirin neft və mineral ehtiyatlar naziri Kərim Bədavi bildirib.
Onun sözlərinə görə, qaz enerji balansında mühüm rolunu qoruyub saxlayır və bu sahədə beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
“Xüsusilə ötən yay Misirə qaz tədarükünə verdiyi dəstəyə görə SOCAR-a və Azərbaycana təşəkkür etmək istəyirəm. Mövcud infrastrukturdan istifadə etməklə həyata keçirilən bu tədarüklər Misirdə müxtəlif sektorların qazla təminatına kömək edib”, - deyə nazir qeyd edib.
K. Bədavi əlavə edib ki, Misir enerji sahəsində regional əməkdaşlığı genişləndirir və Avropa bazarlarına bərpa olunan enerji ixracını artırmaq üçün yeni elektrik interkonnektorları üzərində işləyir.
Oxşar xəbərlər
Özbəkistanın energetika naziri: SOCAR ölkəmizdə investisiya yatırımlarını genişləndirir
Pərviz Şahbazov: Azərbaycan həm bu günün, həm də gələcəyin enerji təhlükəsizliyinə töhfə verir
Yunan professor: "Yaşıl enerji" tədarükündə Azərbaycan mühüm rol oynaya bilər
Nazir: Azərbaycanda enerji istehsalı strateji inkişafın yeni mərhələsinə qədəm qoyur
Bayraktar: Türkiyə TANAP-ın elektrik versiyasını yaratmaq niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
Overçuk: Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq
