Bayraktar: Türkiyə TANAP-ın elektrik versiyasını yaratmaq niyyətindədir
sizinxeber.az xəbər saytı

Bayraktar: Türkiyə TANAP-ın elektrik versiyasını yaratmaq niyyətindədir


Türkiyə TANAP-ın elektrik versiyasını yaratmaq niyyətindədir.

"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, enerji təhlükəsizliyi ilə bağlı son illərdə yaşanan böhranlar ölkələri enerji mənbələrinin şaxələndirilməsinə və bərpa olunan enerji potensialından daha çox istifadə etməyə sövq edir.

Nazir qeyd edib ki, Türkiyə və Azərbaycanın yaşıl enerji sahəsində böyük imkanları mövcuddur və bu potensialın reallaşdırılması üçün güclü enerji infrastrukturu və qarşılıqlı bağlantı layihələri vacibdir.

“Çıxışımda da qeyd etdiyim kimi, TANAP-ın elektrik versiyası adlandırdığım layihə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Türkiyəyə, Türkiyə üzərindən isə Avropaya çatdırılmasını nəzərdə tutur”, - deyə A. Bayraktar bildirib.

O vurğulayıb ki, layihənin güclü liderlik və Azərbaycan-Türkiyə əməkdaşlığı sayəsində həyata keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Pərviz Şahbazov: Azərbaycan həm bu günün, həm də gələcəyin enerji təhlükəsizliyinə töhfə verir
Pərviz Şahbazov İstanbulda Türkiyə və Moldovanın energetika nazirləri ilə görüşüb
Alparslan Bayraktar: "TANAP-ın ötürücülüyünün 40 %-dən çoxu istifadə olunmur"
Zəngəzur dəhlizi ilə bütün enerji resursları və logistik yollar Türkiyəyə çatdırılacaq
Alparslan Bayraktar: “Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər