Elşad Quliyev: "Avstriya ilə oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq"
Azərbaycanın minifutbol millisinin Avropa çempionatında Avstriya komandası ilə oyunu çətin alınıb.
"Sizinxeber.az"un Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.
Mütəxəssis Avstriyaya qarşı keçirdikləri ilk görüşü şərh edib:
"Əvvəlcə 28 May - Müstəqillik Günü münasibəti ilə bütün xalqımızı təbrik edirəm. Həmçinin komandamızı qələbə münasibəti ilə təbrik edirəm. İlk oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq. Rəqib yaxşı kollektivdir. Ümid edirəm ki, növbəti görüşlərdə yaxşı nəticə qazanacaqlar".
E.Quliyev çətin qrupa düşdüklərini söyləyib:
"Çətin qrupda yer almışıq. İtaliya seçməsi Fransa ilə görüşdə yaxşı oyun nümayiş etdirdi. Onlara qarşı tədbirlər alacağıq. Dünya çempionatında daha çox dəstəyimiz var idi. Azarkeşlərin tribunada olması oyunçulara daha çox motivasiya verir. Geniş heyətlə gəlmişik. Bu gün 10 futbolçudan istifadə etdik. Hər rəqib fərqli oyun göstərir. Tanımadığımız komandaya qarşı mübarizə aparmaq çətindir".
Qeyd edək ki, Azərbaycan yığması qitə birinciliyindəki ilk oyununda Avstriya seçməsini 1:0 hesabı ilə məğlub edib. Yığma mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.
Oxşar xəbərlər
Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Möhtəşəm qələbə qazandıq"
Azərbaycan millisinin baş məşqçisi: "Azarkeşlərin dəstəyi sayəsində qələbə qazandıq"
Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionu olmaq istəyiriksə, bütün görüşləri qalib başa vurmalıyıq"
"Sumqayıt"ın baş məşqçisi: "Qarabağ"la matç bizim üçün yaxşı təcrübə oldu"
"Zirə"nin futbolçusu: "Osiyek"lə oyun çətin olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Aİİ sammiti Ermənistanın taleyini həll edəcək? - Peskov
