Qazaxıstan neftinin BTC ilə tədarük həcmi 346 min tona çatıb
sizinxeber.az xəbər saytı

Qazaxıstan neftinin BTC ilə tədarük həcmi 346 min tona çatıb


2026-cı ilin I rübündə Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə daşınma həcmi 26 min ton artaraq 346 min ton təşkil edib.

Bu barədə "Sizinxeber.az" "KazTransOil"un hesabat dövrünə aid məlumatına istinadən xəbər verir.

Nəql olunan neft və aşırılan neft məhsullarının ümumi həcmi 11,9 milyon tona çatıb ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 705 min ton çoxdur. Şirkətin magistral neft kəmərləri sistemi ilə 11,7 milyon ton neft nəql edilib.

Daha əvvəl Qazaxıstanın energetika naziri Yerlan Akkenjanov bəyan etmişdi ki, Qazaxıstan 2026-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarlarına 1,5-2,2 milyon ton neft ixrac etməyi planlaşdırır.

Xatırladaq ki, 2025-ci ildə Qazaxıstan BTC neft kəməri ilə 1,2 milyon ton neft ixrac edib.

Oxşar xəbərlər

İslamdaut Akubayev: "Martda Qazaxıstanın BTC ilə neft ixracı 138 min ton təşkil edəcək"
Bu il BTC ilə Qazaxıstan neftinin tranziti 1,5 milyon ton həcmində planlaşdırılır
Qazaxıstan 2025-ci ildə BTC boru kəməri ilə neftin ixracına dair proqnozunu təsdiqləyib
Qazaxıstanın Energetika Nazirliyi 8 ay ərzində BTC ilə neft tranzitinin həcmini açıqlayıb
Fevralda BTC ilə neft ixracı 1 % azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər