Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
Bərdə rayonunda yol qəzası zamanı yaralanan 10 nəfərin son vəziyyəti açıqlanıb.
"TƏBİB"dən Sizinxeber.az-nın Qarabağ Bürosunun sorğusuna cavab olaraq bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyəti stabil qiymətləndirilən 9 nəfər (7 kişi, 2 qadın) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda qeyd olunub.
***
14:02
Xəbərə fotolar əlavə edilib.
***
13:09
Bərdə rayonunda ötən gün ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bəhrəmtəpə stansiyası–Mingəçevir avtomobil yolunda qeydə alınıb.
"VAZ-21015" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sonuncu idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.
Qəza zamanı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar Orxan Babayev (1994-cü il təvəllüd), Röyal Hacıyev (2004-cü il təvəllüd), Ayxan Hətəmov (2007ci il təvəllüd), Mirşahin Nəcəfli (2007-ci il təvəllüd), Efras Paşayev (1979-cu il təvəllüd), Rabella Həmidova (1990-cı il təvəllüd), Ömər Həmidzadə (2018-ci il təvəllüd), Səkurə Həmidova (1964 -cü il təvəllüd), Həmid Həmidov (1963-cü il təvəllüd) və Kamandar Həmidovdur (1988-ci il təvəllüd).
Xəsarət alanlar Bərdə Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Yevlaxda qəzada xəsarət alan 6 nəfərin vəziyyəti açıqlanıb
Bərdədə yol qəzasında yaralanan 10 nəfərdən 9-u evə buraxılıb - YENİLƏNİB
Yevlaxda mikroavtobus aşıb, 22 nəfər xəsarət alıb - YENİLƏNİB
Bərdədə minik maşını aşıb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
