Nazir: Qazaxıstan BTC ilə neft nəqlini ildə 2,2 mln. tona çatdırmağa hazırdır
sizinxeber.az xəbər saytı

Nazir: Qazaxıstan BTC ilə neft nəqlini ildə 2,2 mln. tona çatdırmağa hazırdır


Qazaxıstan Bakı-Tblisi-Ceyhan boru kəməri ilə neft nəqlini ildə 2,2 milyon tona çatdırmağa hazırdır.

"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.

Nazirin sözlərinə görə, Qazaxıstan ölkə neftinin ixracı üçün mövcud olan bütün marşrutları nəzərdən keçirir.

“Biz ildə 1,5 milyon ton həcm planlaşdırmışıq. Bu göstəricini 2,2 milyon tona qədər artırmağa hazırıq. Protokolda da bu imkan nəzərdə tutulub və hətta daha yüksək həcmdə nəql mümkündür”, - deyə E. Akkenjenov vurğulayıb.

O qeyd edib ki, Aktau limanı vasitəsilə daha böyük həcmdə neft daşınması üçün texniki imkan mövcuddur.

Nazirin sözlərinə görə, ixrac marşrutlarının genişləndirilməsi ilə bağlı qərarlar tərəfdaşların texniki imkanlarından da asılı olacaq. Eyni zamanda, mövcud məhdudiyyətlər aradan qaldırılanadək Qazaxıstan neft axınlarını alternativ liman və terminallara yönləndirməyə davam edəcək.

Oxşar xəbərlər

Qazaxıstanın energetika naziri: BTC-nin boş gücündən istifadə etməyi planlaşdırırıq
Qazaxıstan neftinin BTC ilə tədarük həcmi 346 min tona çatıb
Qazaxıstan BTC ilə neftin nəqlini artıra bilər
Qazaxıstan bu il Almaniyaya 3 milyon ton neft tədarük etməyi planlaşdırır
Tokayev: Bakı–Tbilisi–Ceyhan kəməri ilə Qazaxıstandan Türkiyəyə ildə 1,4 milyon ton neft nəql olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər