Qazaxıstan BTC ilə neftin nəqlini artıra bilər
sizinxeber.az xəbər saytı

Qazaxıstan BTC ilə neftin nəqlini artıra bilər


Qazaxıstan neftinin "Drujba" kəməri vasitəsilə nəqlinin dayandırılmadığı təqdirdə onun Orta Dəhliz (Bakı-Tbilisi-Ceyhan kəməri -red.) ilə nəqli artırıla bilər.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda çıxış edərkən KMG Kaşaqan şirkətinin Kommersiya Məsələləri üzrə Baş Direktorunun müavini Kuanış Keskinbayev bildirib.

Onun sözlərinə görə, hazır Qazaxıstan əsas neft həcmlərini KTK kəməri ilə nəql edir:

""Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri Qazaxıstan üçün prioritetdir və Orta Enerji Dəhlizinin bir hissəsidir. Hazırda texniki cəhətdən bu dəhliz vasitəsilə ildə 5 milyon tona qədər Qazaxıstan neftinin nəqli mümkündür. İnanıram ki, yaxın gələcəkdə BTC-dən istifadə artacaq", - Keşkinbayev vurğulayıb

Qeyd olunub ki, Rusiya mayın 1-dən etibarən Qazaxıstan neftinin Drujba boru kəməri ilə Avropaya tranzitini dayandıra bilər və bu da Qazaxıstan neftinin ixracı üçün çətinliklər yarada bilər. Bu məsələ ilə bağlı hələlik aydınlıq yoxdur.

Keşkinbayev onu da bildirib ki, Qazaxıstan neftinin böyük həcmləri KTK kəməri vasitəsi ilə nəql olunur və "Drujba" ilə problem yaransa əlavə həcmləri KTK ilə nəql olunan bilər. Bu kəmər vasitəsilə Qazaxıstan neftinin tranzit tarifləri ən əlverişlidir.

"Lakin biz geosiyasəti və BTC vasitəsilə uzunmüddətli logistika həllərini nəzərə almalıyıq. Qazaxıstan Azərbaycan nefti ilə qarışmağa qarşı deyil; o, qlobal miqyasda əhəmiyyətli dərəcədə yüksək qiymətə ticarət edir və tarifin həcmi kompensasiya oluna bilər", - Keşkinbayev qeyd edib.

Qeyd etmək lazımdır ki, Orta Dəhliz (BTC - red.) vasitəsilə Qazaxıstan neftinin tarifi bir barel üçün 90 dollar, KTK vasitəsilə isə bir barel üçün 40 dollara yaxındır.

Oxşar xəbərlər

Qazaxıstan neftinin BTC ilə tədarük həcmi 346 min tona çatıb
“Kaşaqan” yatağında neft hasilatı iki dəfədən çox artırıla bilər
Tokayev: Bakı–Tbilisi–Ceyhan kəməri ilə Qazaxıstandan Türkiyəyə ildə 1,4 milyon ton neft nəql olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər