Alparslan Bayraktar: "Yaşıl enerji" layihələrinin həyata keçirilməsində böyük imkanlar var"
Türkiyə ilə Azərbaycanın "yaşıl enerji" ilə bağlı layihələrin həyata keçirilməsində böyük imkanları var.
"Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar 31-ci Bakı Enerji Forumunda jurnalistlərə açıqlamasında bildirib.
"İndi enerji təhlükəsizliyi ilə əlaqəli son dönəmdə ortaya çıxan, yaşadığımız böhranlara görə ölkələr əslində enerji resurslarını güvənli bir şəkildə tədarük yollarını axtarır. Bu mənada bərpa olunan enerji mənbələri ölkələr üçün çox önəmli bir mənbədir. Təbii ki, Azərbaycan kimi bəzi ölkələrin "yaşıl enerji" potensialı böyükdür" - o vurğulayıb.
A.Bayraktar vurğulayıb ki, "yaşıl enerji" sahəsini iki istiqamətlə dəstəkləmək lazımdır: "Birincisi, ölkələrin çox güclü elektrik ötürmə sisteminin olması lazımdır. Yəni enerji infrastrukturu yaxşı olmalıdır. İkincisi, bunu qarşılıqlı layihələrlə bir araya gətirmək azımdır. Türkiyə ilə Azərbaycanın bu sahədə böyük imkanları var. TANAP-ın elektrik enerjisi sahəsində variantı dediyim layihə əslində, "yaşıl enerji"dən istehsal olunan elektrik enerjisini Azərbaycandan Türkiyəyə və buradan Avropaya çatdırılması üçün nəzərdə tutalan layihədir. Bu layihəni güclü bir liderlik altında həyata keçirəcəyik".
Oxşar xəbərlər
Bayraktar: Suriyanın enerji sisteminin bərpası üçün investisiya lazımdır
Bayraktar: Türkiyə TANAP-ın elektrik versiyasını yaratmaq niyyətindədir
Alparslan Bayraktar: "Zəngəzur dəhlizi üzərindən enerji və logistika axını Türkiyəyə yönələcək"
Alparslan Bayraktar: "Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır" - EKSKLÜZİV
Alparslan Bayraktar: “Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
Overçuk: Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq
