İbrahim Kalın və HAMAS heyəti Qəzzada atəşkəsi müzakirə edib
sizinxeber.az xəbər saytı

İbrahim Kalın və HAMAS heyəti Qəzzada atəşkəsi müzakirə edib


Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) sədri İbrahim Kalın Ankarada HAMAS Şura Məclisinin sədri Muhammed Derviş və HAMAS Siyasi Bürosunun üzvləri ilə Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinə dair görüş keçirib.

Sizinxeber.az-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat yayıb.

Görüş zamanı HAMAS tərəfi atəşkəs şərtlərinə əməl etdiyini bildirərək, İsrailin pozuntuları ilə bağlı məlumat təqdim edib.

Həmçinin Qəzzadakı son vəziyyət, Türkiyənin atəşkəsin təmin olunmasına yönəlmiş səyləri və mümkün pozuntuların qarşısının alınması üçün atılacaq addımlar müzakirə olunub.

Oxşar xəbərlər

İbrahim Kalın HƏMAS-ın Siyasi Büro liderləri ilə görüşüb
İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
HAMAS: Qəzzada atəşkəs razılaşması ilə bağlı məsələlər həll olunub
HAMAS Uitkoff ilə Qəzzada daimi atəşkəs üçün razılığa gəldiyini bildirib
HAMAS: Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı razılaşmanın yekun mərhələsinə nail olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər