Yerlan Akkenjanov: "BTC gələcəkdə də Qazaxıstan üçün ən yaxşı tədarük yolu olacaq"
sizinxeber.az xəbər saytı

Yerlan Akkenjanov: "BTC gələcəkdə də Qazaxıstan üçün ən yaxşı tədarük yolu olacaq"


Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri təkcə indi deyil, yaxın gələcəkdə də Qazaxıstan üçün ən yaxşı tədarük yollarından biri olacaq.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjanov 31-ci Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, Qazaxıstan üçün BTC layihəsi artıq mövcuddur və ondan istifadə etməmək, əlbəttə ki, rasional olmazdı: "Biz artıq Xəzər Boru Kəmərindən (CPC) demək olar ki, tam gücü ilə istifadə edirik və görürük ki, əlavə marşrutlar lazımdır. Keçən ilin sonunda CPC-də istehsalımızı məhdudlaşdırmalı olduğumuz problemlər yaşadıq və Xəzər neftini beynəlxalq bazarlara nəql etmək üçün daha çox əlavə marşruta ehtiyacımız var".

Onun fikrincə, xüsusilə indiki dövrdə, bütün bu münaqişələr göstərir ki, Qazaxıstan təkcə Mərkəzi Asiyada deyil, həm də dünya üçün çox vacib bir oyunçudur: "Biz xam neftimizin 80 %-ni beynəlxalq bazarlara çatdırırıq və onların əsas istiqaməti Avropa bazarıdır. Biz öz məsuliyyətimizi dərk edirik və müştərilərimiz qarşısında bu xam nefti bazarlara çatdırmalı olduğumuzun məsuliyyətini də hiss edirik. Biz onlar üçün etibarlı tərəfdaşıq".

O əlavə edib ki, mənada BTC boru kəməri əsas rollardan birini oynayır: "Çünki onun hazırda 25 milyon tonluq ehtiyat gücü var və Qazaxıstan, əlbəttə ki, yaxın gələcəkdə, xüsusən də Qazaxıstanın yeni inkişaf planları ilə bu ehtiyat gücün bir hissəsindən istifadə edə bilər. Biz görürük ki, BTC təkcə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən bir boru kəməri deyil, həm də Ceyhan limanında böyük gəmiləri, yəni VLCC-ləri (çox böyük yükgötürmə qabiliyyətinə malik tankerləri) yükləmək imkanı verir. Beləliklə, bu, müştərilərimiz üçün yaxşı iqtisadi dəyər yaradır".

Oxşar xəbərlər

Qazaxıstanın energetika naziri: BTC-nin boş gücündən istifadə etməyi planlaşdırırıq
Qazaxıstan neftinin BTC ilə tədarük həcmi 346 min tona çatıb
Qazaxıstan 2025-ci ildə BTC boru kəməri ilə neftin ixracına dair proqnozunu təsdiqləyib
Erlan Akkenjenov ABŞ-yə Xəzərin karbohidrogen tədarükü potensialından istifadə olunmasını təklif edib
Qazaxıstan BTC ilə neftin nəqlini artıra bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər