Mərkəzi Asiya-Azərbaycan enerji dəhlizi layihəsi üzrə texniki-iqtisadi əsaslandırma gələn il başa çatacaq
Mərkəzi Asiya–Azərbaycan enerji dəhlizi layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın (TİƏ) 2027-ci ilin may ayında başa çatdırılması gözlənilir.
"APA-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) tərəfindən maliyyələşdirilən layihə üzrə işlər davam edir və texniki-iqtisadi əsaslandırmanın gələn ilin mayında tamamlanması nəzərdə tutulur.
"Bu ilin iyul ayında növbəti mühüm mərhələnin başa çatdırılması planlaşdırılır", - nazir qeyd edib.
O əlavə edib ki, Azərbaycan–Türkiyə enerji habı layihəsi, o cümlədən Naxçıvan üzərindən həyata keçirilən təşəbbüslər, həmçinin Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan elektrik enerjisi dəhlizi layihələri artıq aktiv mərhələyə daxil olub.
Nazirin sözlərinə görə, bu layihələrin irəliləməsində Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığı və aparıcı rolu əsas hərəkətverici qüvvə kimi çıxış edir.
Oxşar xəbərlər
ADB "Transxəzər yaşıl enerji dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırması üçün tender keçirir
Azərbaycan Mərkəzi Asiya ilə ilk transxəzər enerji dəhlizini reallaşdıracaq
Azərbaycan, Qazaxıstan, Özbəkistan AİB və AİİB ilə “Xəzər Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq edəcəklər
Pərviz Şahbazov: Yaşıl enerji dəhlizi layihələri üçün kifayət qədər resursumuz var
Pərviz Şahbazov: “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin TİƏ-nin hazırlanmasına 2 milyon dollar ayrılıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
Overçuk: Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq
